dini radikalizm və ekstremizmlə mübarizə

Kürdəmirdə minik maşını su kanalına aşıb, ölən və xəsarət alanlar var

Kürdəmirdə minik maşını su kanalına aşıb, ölən və xəsarət alanlar var

Kürdəmir rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu rayon sakini, 28 yaşlı Səbuhi Mehman oğlu Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə İradə Cəfər qızı Cəfərova hadisə yerində ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Oxunub: 752
Oxşar xəbərlər
SON XƏBƏRLƏR