İsmayıllı rayonunda birmərtəbəli kürsülü ev yanıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 609