dini radikalizm və ekstremizmlə mübarizə

Tovuz sakini kürək nahiyəsindən bıçaqlanıb


Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kirən kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü İsayev Elnur Cəmil oğlu kürək nahiyəsinin və qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 24 yaşlı gənc tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 780
Oxşar xəbərlər
SON XƏBƏRLƏR