dini radikalizm və ekstremizmlə mübarizə

Hacıqabulda keçmiş məhkum narkotik bitki yetişdirdiyinə görə saxlanılıb


Hacıqabulda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq etməklə çətənə bitkisi yetişdirən şəxsi həbs ediblər.

Əməliyyat zamanı Hacıqabul rayonunun Meynim kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Gəncalı Abbasəli oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Oradan 9 ədəd əkib-becərilməsi qadağan olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Qeyd edək ki, adı çəkilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunub.

Faktla bağlı Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Oxunub: 605
Oxşar xəbərlər
SON XƏBƏRLƏR