dini radikalizm və ekstremizmlə mübarizə

Gədəbəydə ana və qızını maşın vurub


Gədəbəydə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən kənd sakini, 1991-ci il təvəllüdlü Şabanova Nuranə və onun qızı, 2014-cü il təvəllüdlü Şabanova Laləni vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 532
Oxşar xəbərlər
SON XƏBƏRLƏR