Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Məmmədzadə Vüqar Elman oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı V.Məmmədzadə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyti stabil ağırdır.
Oxunub: 400