dini radikalizm və ekstremizmlə mübarizə

Bağda gilas yığan gənci elektrik cərəyanı vurub öldürdü


Xaçmaz rayonunda elektrik cərəyanı gənc oğlanı vuraraq öldürüb.

KONKRET.az-ın verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Bağırov Yaqub Zümrüd oğlu bağda gilas yığan zaman dəmir nərdivan elektrik naqillərinə toxunub. Nəticədə 10 min voltluq elektrik xətti onu vuraraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz şəhər şöbəsinə yerləşdirilib.

Xaçmaz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Firidun Ağaxanov bildirib ki, Bağırov Yaqub elektrik cərəyanı vurması nəticəsində ölməyib:

“Hadisə yerinə özüm getməsəm də idarə əməkdaşları baxış keçirib, xəttin hündürlüyü standartlara uyğundur. Ağacla sözügedən elektrik xəttinin arasında 2 metr ara məsafəsi var. Həmin şəxsi elektrik cərəyanının vurmasından söhbət gedə bilməz. Bununla prokurorluq və polis məşğul olur”.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon şöbəsinin əməkdaşları isə vurğulayıb ki, 23 yaşlı gəncin ölümünə səbəb hər iki ayağından cərəyan vurması nəticəsində əmələ gələn xəsarətlər olub.

Oxunub: 441
Oxşar xəbərlər
SON XƏBƏRLƏR