dini radikalizm və ekstremizmlə mübarizə

Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Rafiq Əhmədov saxlanılıb. R. Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, hündürlüyü 25-225 santimetr olan çəkisi 8 kiloqramdan artıq 45 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Oxunub: 407
Oxşar xəbərlər
SON XƏBƏRLƏR