dini radikalizm və ekstremizmlə mübarizə

Qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakini saxlanılıb

Qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakini saxlanılıb

Polis qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakinini saxlayıb

APA-nın məlumatına görə, hadisə Dəllər-Daşbulaq kəndi istiqamətində, Şəmkir Su anbarı ərazisində qeydə alınıb.

Belə ki, ekoloji cinayətlərin qarşısının alınması məqsədilə su hövzəsində reyd həyata keçirən Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları tərəfindən qanunsuz balıq ovu ilə məşğul olan Yevlax rayon Xanabad kənd sakini 1963-cü il təvəllüdlü Məlikov Nofəl Qəşəm oğlu saxlanılıb.

Yoxlama zamanı ondan “Proqres-2” model qayıq, qayığa təchiz edilmiş “Vixr-30” model mühərrik, çeşidli ov alətləri və anbardan qanunsuz yolla tutulmuş 42 ədəd müxtəlif növ balıqlar müəyyən olunaraq dəlil-sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsinin Təhqiqat qrupu araşdırma aparır.

Oxunub: 457
Oxşar xəbərlər
SON XƏBƏRLƏR