dini radikalizm və ekstremizmlə mübarizə

Kafe sahibi və müştəriləri saxlanıldı

Kafe sahibi və müştəriləri saxlanıldı

Səbail rayonunda M.Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, obyektə baxış zamanı orada olan obyekttin sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduları müəyyən aşkar edilib.

Həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Bu şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər.

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR