dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda avtomobildən meyit tapılıb

Bakıda avtomobildən meyit tapılıb

Bakıda kişi meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Gədəbəy rayon sakini, 1954-cü il təvəllüdlü Quliyev Məzahir Sarı oğlunun meyiti özünə məxsus avtomobildə aşkar edilib. Meyitin üzərində hər-hansı zorlakılıq əlamətləri aşkar edilməyib.

M. Quliyevin ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 496
Oxşar xəbərlər
SON XƏBƏRLƏR