dini radikalizm və ekstremizmlə mübarizə

Məhkəmənin qarşısında quldurluq edən gəncə hökm oxunub

Məhkəmənin qarşısında quldurluq edən gəncə hökm oxunub

Bakı Ağır Cinayətıər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, S.Vəliyev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, 1997-ci il təvəllüdlü S.Vəliyev mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayev adlı şəxsə yaxınlaşaraq pul istəyib. İlkin qorxaraq cibində olan 11 manatı Səidə verib.


İttihamda o da göstərilir ki, Səid həmin pulun 2 manatını yolpulu etməsi üçün İlkinə qaytarıb. Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb.
O, digər şəxsə qarşı da eyni əməli törətməkdə ittiham edilir. S.Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.

Oxunub: 461
Oxşar xəbərlər
SON XƏBƏRLƏR