dini radikalizm və ekstremizmlə mübarizə

Adam öldürməyə cəhdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Adam öldürməyə cəhdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, O. Əliyev barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R. Zamanov şəxsi münasibətlər zəminində Əliyev Elxan Orxan oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək Binəqədi Rayon Prokurorluğunun icraatına verilib.

Oxunub: 504
Oxşar xəbərlər
SON XƏBƏRLƏR