dini radikalizm və ekstremizmlə mübarizə

"MTN generalları"nın işində zərərçəkənin apellyasiya şikayəti təmin edilməyib

"MTN generalları"nın işində zərərçəkənin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, Z.Əzimov barəsində birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb və onun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, biznesmen olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.


Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyi vədini verib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb.

Xatırladaq ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov 2017-ci ildə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Z.Əzimov həbsdə olan MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natavan Mirvətovanın işi üzrə zərərçəkmiş kimi tanınıb.

Oxunub: 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR