dini radikalizm və ekstremizmlə mübarizə

"Təzə bazar"ın yaxınlığında 38 yaşlı kişi bıçaqlandı

"Təzə bazar"ın yaxınlığında 38 yaşlı kişi bıçaqlandı

Ötən həftə Nəsimi rayonu, "Təzə bazar"ın yaxınlığında bıçaqlanan şəxsin vəziyyəti orta ağırdır.

Djb.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Yaradanquliyev Ayxan Mahmud oğlu iyun ayının 11-də 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstə elə həmin gün dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Y.Yaradanquliyevin vəziyyəti hazırda orta ağırdır və o reanimasiya şöbəsindən palataya köçürülüb.

Qeyd edək ki, mediada iyun ayının 11-dəki bıçaqlanmanın videogörüntüləri də yayımlanıb.

Oxunub: 500
Oxşar xəbərlər
SON XƏBƏRLƏR