dini radikalizm və ekstremizmlə mübarizə

Hakimi hədələyən qadına cinayət işi başlanılıb

Hakimi hədələyən qadına cinayət işi başlanılıb

Bakıda hakimi hədələyən şəxsə cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayev Təhminə Səfərova adlı qadından hüquq-mühafizə orqanlarına şikayət verib.

Şikayət əsasında Təhminə Səfərovaya Cinayət Məcəlləsinin 288-ci (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.


T. Səfərova barəsində aparılan istintaq başa çatdırılıb və baxılması üçün Sabunçu rayon Məhkəməsində göndərilib.

Cinayət işi hakim Mehriban Qarayevanın icraatına verilib. İşə yaxın günlərdə baxılacaq.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR