dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb
Bakıda bağlı qapı arxasından meyit aşkarlanıb.

Djb.az-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Qriqelis Nina Arqunovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Hazırda qadının ölümünün səbəbləri araşdırılır.

Oxunub: 607
Oxşar xəbərlər
SON XƏBƏRLƏR