dini radikalizm və ekstremizmlə mübarizə

31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Şəkidə 31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 27-dən 28-nə keçən gecə rayonun Aşağı Daşağıl kənd sakini, 1988-ci il təvəllüdlü Vüqar Nemət oğlu
Abdurəhmanov bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssəsindən ONA-ya bildirilib ki, müayinə zamanı V.Abdurəhmanov qonşusu tərəfindən bıçaqlanıb. V.Abdurəhmanova sol bel və döş nahiyələrində kəsilmiş və deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti dioqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 489
Oxşar xəbərlər
SON XƏBƏRLƏR