Çeçenistan Respublikasının Nojay-Yurt qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində qaz doldurulmuş 2 çən partlayıb.
Djb.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, 10 və 30 kub metrlik çənlər propan qazı ilə dolu olub. Hazırda yanğın davam edir. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.
Bildirilir ki, hadisə yerindən 400-500 metr məsafədə yaşayış evləri yerləşir.