dini radikalizm və ekstremizmlə mübarizə

38 yaşlı Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanılıb

38 yaşlı Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanılıb
Dünən axşam saatlarında şəhərin sağ sahil yaşayış massivində naməlum şəraitdə 1981-ci il təvəllüdlü şəhər sakini Məmmədov Naib Emil oğlunu bıçaqlayaraq ona ağır xəsarət yetirən şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata əsasən, cinayəti törədən şəxs 1985-ci il təvəllüdlü Fəqan Baxışovdur.


Qeyd edək ki, F. Baxışov Bərdə rayon sakinidir, amma hazırda Mingəçevirdə yaşayır. İlkin dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini şəxsi münaqişə zəminində törətdiyini etiraf edib.


Aldığı bıçaq zərbələrindən ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilən Naib Məmmədovun durumunun ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma davam etdirilir.

Oxunub: 548
Oxşar xəbərlər
SON XƏBƏRLƏR