dini radikalizm və ekstremizmlə mübarizə

"İsrafil Hüseynov" gəmisində qəzada xəsarət alan 14 nəfər xəstəxanaya çatdırılıb

"İsrafil Hüseynov" gəmisində qəzada xəsarət alan 14 nəfər xəstəxanaya çatdırılıb
Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş insident nəticəsində xəsarət alanlardan 13 nəfəri artıq Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Bir nəfər isə özəl klinikaların birinə yerləşdirilib.

Djb.az xəbər verir ki, bu barədə ONA-nın hadisə yerində olan əməkdaşı məlumat verib.


Bildirilir ki, vəziyyəti ağır olan iki azərbaycanlıdan biri xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.


Bütün yaralıların xəstəxanaya gətirilməsi üçün çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Oxunub: 542
Oxşar xəbərlər
SON XƏBƏRLƏR