Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Djb.az-in ONA-ya istinadən məlumatına gorə, 1979-сu il təvəllüdlü Əliyev Fizuli qarnından bıçaqlanıb.
Yaralı içkili olduğundan onu kimin bıçaqladığını xatırlamır.
O, dərhal şəhər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.