dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıt sakini özünü yandırıb

Sumqayıt sakini özünü yandırıb
Sumqayıtda 58 yaşlı kişi özünə yanıq xəsarətləri yetirib.

ONA-nın məlumatına görə, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Dadaşov Kamil İmaddədin oğlu üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə onun bədəninin 70 faizi yanıb.

Yanıq xəsarətləri alan K.Dadaşov dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

K.Dadaşovun hansı səbəbdən belə addım atdığı bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 561
Oxşar xəbərlər
SON XƏBƏRLƏR