dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yolun sürüşkənliyi qəzaya səbəb olub

Bakıda yolun sürüşkənliyi qəzaya səbəb olub
Bakının Yasamal rayonunda yol qəzası baş verib.

ONA-nın məlumatına görə, hadisə Həsən Bəy Zərdabi küçəsi ilə Əbdürrəhim Bəy Haqverdiyev küçələrinin kəsişməsində qeydə alınıb.

Sürücü Aydın Salahov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkət edən zaman işıqforun sarı işığında qəfildən qarşısında dayanan və sürücü Gülay Xəlilovanın idarə etdiyi “Volkswagen“ markalı avtomobilə çırpılıb.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəzaya səbəb kimi yerin sürüşkən olması göstərilir.

Hadisə yerinə YPX əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Oxunub: 493
Oxşar xəbərlər
SON XƏBƏRLƏR