dini radikalizm və ekstremizmlə mübarizə

Novruz bayramı ərəfəsində imzalanmış əfv fərmanı bir çox ailələrə sevinc bəxş etdi

Novruz bayramı ərəfəsində imzalanmış əfv fərmanı bir çox ailələrə sevinc bəxş etdi
Novruz bayramı ərəfəsində imzalanmış əfv fərmanı bir çox ailələrə sevinc bəxş etdi. Əfv olunmuş şəxslərin ailələri ilə birlikdə bu əfv fərmanını səbirsizliklə gözləyən bizi - ictimaiyyəti də( xüsusən də siyasi məhbusların əfvi) sevindirdi. Şəxsimə gəldikdə isə qadınların əfv olunmasına daha çox sevindim.Heç bir xanıma " bağlı qapılar arxasında " qalmağı arzu etmirəm. Əfv olunanlar içərisində sabiq Səhiyyə naziri Ə.Insanovun olmasına da düzü əvvəlcə sevindim, sonra isə yersiz iddialı müsahibələrini oxuyub , keçmişi xatırladım. Düzdür, heç zaman " insanın keçmişinə görə ona qiymət vermək" niyyətindən çox- çox uzağam.Amma Ə.Insanovun keçmişdə etdiklərini bu gün də bu və ya digər səpkidə təkrarlamaq iddiasını xatırladım... Rusiyanın tələblərinə uyğun olaraq klanın yaradılması( əslində " klan" yaratmaq normaldır , amma şəxsi mənafe naminə , vəzifədə qalmaq xatirinə yox ) , səhiyyədə rüşvətxorluq və korrupsiya , orqan və qan alverinin təşkili və bunun şaxələndirilməsi. Düzdür, respublikada ilk " Vərəm dispanserinin yaranması " da onun adı ilə bağlıdır. Təəssüf ki , bu yüzlərlə mənfiliyin qarşısında çox cılızdır. Çıxdıqdan sonra da ənənəsinə sadiq qalaraq, bu dəfə Qərbin diktəsini səsləndirir ( Bu cür insanlar həmişə mənafe naminə" yıxılmağa " yer axtarır ) və elə Qərbə də bu " intiriqa" lazımdır. Əgər Ə.Insanov belə nüfuz sahibidirsə və sözü keçərlidirsə , qoy öz " hamilərindən" şəxsi maraqlarını yox , bütün Beynəlxalq təşkilatlardan Qarabağın - Irəvanın , Zəngəzurun qaytarılması üçün səy göstərmələrini tələb etsin.Və sonda mətbuatın da bu işdə səhvi var. Bu " niyyəti " başa düşməmək mətbuatın ən böyük səhvi oldu. Belələrinə imkan verilməməlidir

Mehriban Sadıqova
Talkaz TV-nin icraçı direktoru

Oxunub: 551
Oxşar xəbərlər
SON XƏBƏRLƏR