dini radikalizm və ekstremizmlə mübarizə

Xırdalanda civə satmaq istəyən keçmiş məhkum saxlanılıb

Xırdalanda civə satmaq istəyən keçmiş məhkum saxlanılıb

Xırdalanda keçmiş məhkum yenidən həbs olunub.

ONA-nın məlumatına görə, polis Abşeron rayonunun Xırdalan şəhərində əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1976-cı il təvvəlüdlü Rövşən İslamovu yarım kiloqram civəni müştəriyə 5 min manata satmaq istəyərkən iş başında yaxalayıb.

Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu bildirib.

Qeyd edək ki, R.İslamov bundan qabaq 4 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR