dini radikalizm və ekstremizmlə mübarizə

Məktəbdən noutbukları oğurlayanlar saxlanıldı

Hacıqabul rayonunun Navahı kənd tam orta məktəbindən naməlum şəraitdə 2 ədəd hər birinin qiyməti 592 manat olan noutbukun oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu haqda Open.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumatda bildirilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Zaur Əsgərov və Vüqar İbrahimov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları noutbuklar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxunub: 572
Oxşar xəbərlər
SON XƏBƏRLƏR