Noyabrın 21-də Şəki şəhəri ərazisindən Çələbixan qəsəbə sakini Taleh Hüseynova məxsus "Mercedes” markalı avtomobil qaçırılıb.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsinin şəhər sakini Təbriz Eyvazov tərəfindən qaçırılması və idarə edərkən onu yol kənarındakı ağaca vurması müəyyən edilib.
T.Eyvazov xəstəxanaya yerləşdirilib. ŞRPŞ tərəfindən araşdırma aparılır.