dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstan vətəndaşı həbs edildi - Azərbaycana narkotik keçirmək istəyərkən

Gürcüstan vətəndaşı Azərbaycana narkotik keçirmək istəyərkən həbs edilib.

ATV.az xəbər verir ki, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal minik xəttinə daxil olan "Mercedes Benz E320 CDİ" markalı nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Kikolashvili Simon Tengizoviç gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, onun əynindəki gödəkçənin sol üst cibindən salfetə bükülü, kəskin iyli, ümumi çəkisi 4 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 516
Oxşar xəbərlər
SON XƏBƏRLƏR