dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə 3 uşaq anası itkin düşüb - Polis araşdırmalara başladı - FOTOLAR

Mingəçevirdə 3 uşaq anası itkin düşüb - Polis araşdırmalara başladı - FOTOLAR
Mingəçevirdə üç uşaq anası Gülay Eyvazova itkin düşüb.

ATV.az-ın yerli bürosu xəbər verir ki, Göyçay rayon, Müskürlü kənd sakini, 28 yaşlı Gülay Eyvazova ötən gecə saatlarında yaşadığı Mingəçevir şəhərindən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun həyat yoldaşı, Göyçay rayon sakini, 29 yaşlı Sahil Eyvazov məlumat verib. Onun sözlərinə görə, xanımın psixoloji problemləri olduğundan bundan əvvəl də bir neçə dəfə xəbərsiz evdən çıxıb gedib. Qeyd edək ki, ailənin üç övladı var.

Faktla bağlı rayon polis idarəsinə müraciət edilib.

Araşdırmalara başlanılıb.

Oxunub: 612
Oxşar xəbərlər
SON XƏBƏRLƏR