dini radikalizm və ekstremizmlə mübarizə

Goranboyda 83 yaşlı qadın intihara cəhd edib

Goranboyda 83 yaşlı qadın intihara cəhd edib
Goranboyda yaşlı qadın intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1935-ci il təvəllüdlü İsmayılova Raziyə Abdulla qızı sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 83 yaşlı qadının xəstəlikdən əziyyət çəkdiyi üçün intihara cəhd etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 612
Oxşar xəbərlər
SON XƏBƏRLƏR