Paytaxtın Nərimanov rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, 1972-ci il təvəllüdlü Sadıqov Aynur Əkrəm qızı İ.Yusifov küçəsində yaşadığı mənzilin eyvanında ikən ehtiyatsızlıqdan yerə yıxılıb.
Nəticədə o, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.