dini radikalizm və ekstremizmlə mübarizə

Kişini öldürüb arvadını yaralayan ruhi xəstəxanaya göndərildi

Kişini öldürüb arvadını yaralayan ruhi xəstəxanaya göndərildi
Oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını isə yaralamaqda təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə prosesdə vəkillər vəsatət verərək, Maqsud Əliyev barəsində ekspertiza keçirilməsini tələb ediblər.

Məhkəmə vəsatəti təmin edərək təqsirləndirilən şəxs barəsində təkrar stasionar məhkəmə psixiatrik ekspertiza keçirilməsinə qərar verib.


O, 1 saylı psixiatriya xəstəxanasına göndərilib. İş qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib, və o saxlanılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Maqsud Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, bıçaqla hədələyib, ondan pul və qızıl zinət əşyaları tələb edib.

Oxunub: 751
Oxşar xəbərlər
SON XƏBƏRLƏR