Cəlilabad rayonunda məktəbli intihar edib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bayxanlı kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı özünü tövlədə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, A.Kamranova 10-cu sinifdə oxuyur.
Faktla bağlı araşdırma aparılır.