Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.
Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib.
Bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onun baş nahiyəsinə vuraraq qətlə yetirib cəsədini həyətdə basdırıblar.
Görülmüş tədbirlərlə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 768