Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumat yayıb. Məlumatda bildirilir ki, 1996-cı il təvəllüdlü R.A. adlı Azərbaycan vətəndaşı yeniyetmənin döyülməsində təqsirləndirilir.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs bu gün Tbilisinin Vaja Pşavela prospektində 13 yaşlı yeniyetməyə qarşı fiziki zorakılığa yol verərək ona xəsarətlər yetirib. Döyülən məktəbli binanın blokunda tapılıb və xəstəxanaya çatdırılıb. Onun vəziyyəti stabildir.
Faktla bağlı istintaq aparılır. Azərbaycan vətəndaşını 4 ildən 6 ilədək həbs cəzası gözləyir.