dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda naməlum kişi meyiti tapılıb

Bakıda naməlum kişi meyiti tapılıb
Bu gün Səbail rayonunun Nizami küçəsindəki yaşayış binalarının birinin həyətində, təxminən, 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var.

Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxunub: 724
Oxşar xəbərlər
SON XƏBƏRLƏR