dini radikalizm və ekstremizmlə mübarizə

Daşkəsəndə atasını küt alətlə döyən oğul saxlanılıb

Daşkəsəndə atasını küt alətlə döyən oğul saxlanılıb
Daşkəsən rayonunda sərxoş halda atasını döyən oğul saxlanılıb.

"Report“un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1971-ci il təvəllüdlü Mahir Nadir oğlu Əliyev sərxoş halda hələlik bilinməyən səbəbdən atası, 1946-cı il təvəllüdlü Nadir Qacar oğlu Əliyevi maşa ilə döyüb. Bədənin müxtəlif nahiyələrindən, eyni zamanda başından bir neçə zərbə alan ata xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı N.Əliyev də sərxoş vəziyyətdə olub. Hadisəni törədən şəxs isə saxlanılaraq Daşkəsən Rayon Polis Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 658
Oxşar xəbərlər
SON XƏBƏRLƏR