dini radikalizm və ekstremizmlə mübarizə

Bələdiyyə sədrləri ilə bağlı 98 iş məhkəmələrə göndərildi

Bələdiyyə sədrləri ilə bağlı 98 iş məhkəmələrə göndərildi
Azərbaycanda qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib və onların əksəriyyəti barədə işlərə baxılaraq artıq inzibati məsuliyyətə cəlb ediliblər.

Axar.az xəbər verir ki, bu sözləri bu gün Ədliyyə naziri Fikrət Məmmədov keçirdiyi geniş kollegiya iclasında bildirib.

Qeyd edilib ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62 600 bələdiyyə aktına baxılıb və Nazirliyin təklifləri əsasında 1454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 640 hektar torpaq sahəsi geri qaytarılıb.

Oxunub: 774
Oxşar xəbərlər
SON XƏBƏRLƏR