dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan vətəndaşı Həştərxanda iki nəfəri qətlə yetirdiyinə görə 21 illik həbs cəzasına məhkum edilib

Azərbaycan vətəndaşı Həştərxanda iki nəfəri qətlə yetirdiyinə görə 21 illik həbs cəzasına məhkum edilib
Rusiyanın Həştərxan Vilayət Məhkəməsi Azərbaycan vətəndaşı Elnur Quliyevi qanunsuz silah saxlamaqda və iki nəfəri qətlə yetirməkdə günahkar bilib.

By barədə "Report" Rusiyanın Həştərxan Vilayəti üzrə İstintaq İdarəsinə istinadən xəbər verir.

İstintaq və məhkəmə müəyyən edib ki, 2016-cı il oktyabrın 25-də gündüz saatlarında E.Quliyev və iki zərərçəkən arasında qızıl-zinət əşyalarının alınması faktı ilə bağlı müqavilə şərtləri ətrafında mübahisə yaranıb. Mübahisə nəticəsində Azərbaycan vətəndaşı "Kalaşnikov" avtomatını çıxararaq qadına azı 15, kişiyə isə 9 atəş açıb və ardından qaçıb gizlənməyi bacarıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində kişi bir neçə saat sonra saxlanılıb.

Məhkəmənin hökmü ilə E.Quliyev cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 21 il müddətinə azadlıqdan məhrum edilib.

Oxunub: 707
Oxşar xəbərlər
SON XƏBƏRLƏR