Bu gün Gəncədə piyadanı avtomobil vurub.
APA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yolu keçmək istəyən orta yaşlı qadını avtomobil vurub. Sürücü qadını xəstəxanaya çatdırıb. Qadının vəziyyəti orta-ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.