Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan "90-PE-796" dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobil əsas yolla hərəkətdə olan zaman binalardan birinin həyətyanı sahəsindən çıxan və 1995-ci il təvəllüdlü Səmədov Alik Asif oğlunun idarə etdiyi moped ona çırpılıb.
Nəticədə A.Səmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.