dini radikalizm və ekstremizmlə mübarizə

Venesuelanı sarsıdan dağıdıcı zəlzələdən sonra dünyaya bir mənzərə yayılmağa başladı


Xilasedicilər beton, toz və qalıqlar altında adamları təsirləndirən mənzərə ilə üzləşiblər.
Dağılan binanın qalıqları altında it uzanıb. Hürməyib. Qaçmağa çalışmayıb. Hərəkətsiz uzanıb. Sanki uşağı qalxan kimi qoruyub.
Ətrafda hər şey dağılarkən, bu kiçik oğlan hələ də sağ idi. Ölümü gözünə almayan bir dostu tərəfindən qorunurdu. Xilasedicilər çarəsiz qalıblar ki, onları dağıntı altından necə çıxarsınlar. Əvvəlcə iti çıxarmağa çalışıblar. İt müqavimət göstərib ki, birdən oradan çıxarılsa, uşağa nəsə edərlər. Uşağı qorumaq üçün hürüb, dişini qıcayıb. İti birtəhər çıxaranda, o, arxaya, qanrılıb baxıb ki, uşağın başına nə gələcək, nə gətirəcəklər. Bir neçə dəqiqədən sonra uşaq alqış və sevinc göz yaşları içində xilas edilib. İt sakitləşib. Onu uşağın yanına buraxıblar. Uşağı iyləyib, üzünü üzünə sürtüb, məsum gözlə ətrafdakılara baxıb və hürüb. Bəlkə də təşəkkür, ya da şükürlüyə işarə sayılıb.
Bu mənzərə Venesuelada baş verən faciənin timsalında bir şeyi ifadə etdi: ÜMİD.
Minlərlə insan ümid etdi ki, yaxınları, sevdikləri, doğmaları hələ də dağıntılar altında sağdır. Yüz natiq taparsan ki, belə çətin anda xalqa ümid versin. İnanmazlar. Amma bir mənzərə və bir foto minlərlə insana ümid verər.

Oxunub: 4
Oxşar xəbərlər
SON XƏBƏRLƏR