dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetinin rektoru London Universitetində keçirilən beynəlxalq forumda iştirak edir


Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva Londonda keçirilən Beynəlxaq Ali Təhsil Forumu 2026-da (“International Higher Education Forum 2026” ) iştirak edir.

Britaniya Şurasının dəstəyi ilə keçirilən nüfuzlu beynəlxalq tədbir 300-dən çox ali təhsil liderini, siyasətçiləri və sahə üzrə mütəxəssisləri bir araya gətirir. Forum beynəlxalq ali təhsilin aktual məsələlərinin müzakirəsi üçün mühüm platforma hesab olunur. Tədbir çərçivəsində keçirilən əsas çıxışlar, plenar sessiyalar və tematik paralel panellərdə transmilli təhsil, qlobal mobillik, tədqiqat və innovasiya, tələbə cəlbi kimi istiqamətlər üzrə müasir tendensiyalar müzakirə edilir.

Forum iştirakçılar üçün yalnız müzakirə platforması deyil, eyni zamanda yeni əməkdaşlıqların qurulması baxımından da geniş imkanlar yaradır.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR