Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanda Türkiyə bayrağının yandırılmasının narahatlıq doğurduğunu bildirib.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, o bu barədə İstanbulda jurnalistlərə açıqlamasında danışıb.
"Bir müddət əvvəl İrəvanda idim, bu mövzunu davamlı müzakirə etdim. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu mənfi qəbul etdi, bilirsiniz. Ermənistan Prezidenti də eyni şəkildə bu məsələni qəbuledilməz adlandırdı. Ermənistan daxilində də hadisəni pisləyənlər, həmçinin buna sevinənlər də oldu", - C.Yılmaz qeyd edib.
Xatırladaq ki, aprelin 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağı yandırılmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni pisləyən bəyanat yaymışdı.
Oxunub: 0