Dünən Azərbaycan Kung-Fu Federasiyasının növbəti iclası keçirilib.
İclas zamanı böyüklərdən ibarət Kung-Fu Sanda üzrə yığma komandanın baş məşqçisi vəzifəsinə Etiqad Atakişiyev təyin olunub. O, bu vəzifədə Ramin Allahverdiyevi əvəz edib.
Bundan əlavə, Çin döyüş sənətlərinin inkişafı istiqamətində Tao-Lu və Ci-Qun üzrə baş məşqçi vəzifəsinə Rafət Əsədov, Taijiquan və Taijishan üzrə baş məşqçi vəzifəsinə isə Fatimə Məmmədova təyin olunublar.
Regionlarda Kung-Fu idman növünün inkişafı məqsədilə yeni təqdimat zamanı Muhammədəli İmişli Elşən Əhmədova, Biləsuvar Ramil Əsgərova, Şirvan “Nato Şampion” Rəşad Quliyevə və İsmayıllı Kung-Fu İdman Klubunun prezidenti isə Anar Həsənov seçilib və müvafiq sənədlər təqdim olunub.
Federasiya prezidenti Nurlan Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman xüsusi qayğısının,Gənclər və İdman Nazirliyinin idman federasiyalarına göstərdiyi diqqət və dəstəyini xüsusi vurğulayıb. Bildirilib ki, federasiyanın əsas məqsədi ölkəmizdə idmanın inkişafı,gənclərin idmana cəlb olunması, onların sağlam ruhda böyüməsi və pis vərdişlərdən uzaq durmasıdır.
İclasda vitse-prezidenti Babək Əliyev, vitse-prezident Ehram Məcidov, Hakimlər Kollegiyasının sədri Güloğlan Cabbarov və federasiyanın hüquq eksperti İsmayıl Zalov çıxış edərək yeni təyin olunmuş baş məşqçilərə və klub prezidentlərinə uğurlar arzulayıblar. Onlar federasiyanın inkişafı naminə bundan sonra da əllərindən gələn bütün səyləri göstərəcəklərini bildiriblər.
Oxunub: 0