dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Şəhid ailələrini müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyevanı doğum günü münasibətilə təbrik edib.


Adil Əliyev Nəsibə xanıma gələcək fəaliyyətində uğurlar arzulayıb, onun şəhid ailələrinin sosial müdafiəsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Bildirilib ki, Nəsibə Əliyeva Suraxanı rayonunun ictimai həyatında daim fəallığı ilə seçilir, vətənpərvərlik dəyərlərinin təbliğində mühüm rol oynayır.
Rayonun ictimai həyatında fəal iştirakına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Nəsibə Əliyeva Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Nəsibə xanım göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlığını bildirib, bundan sonra da fəaliyyətini eyni məsuliyyət və sədaqətlə davam etdirəcəyini vurğulayıb.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR