28 aprel 2026-cı il tarixində Xəzər Universiteti ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.
İmzalanma mərasimində tərəflər aqrar sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Memorandum çərçivəsində tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi və sahə üzrə müasir yanaşmaların öyrənilməsi nəzərdə tutulur.
Bu əməkdaşlıq ölkənin aqrar potensialının gücləndirilməsi və təhsil ilə istehsalat arasında əlaqələrin daha da sıxlaşdırılmasına xidmət edəcək.
Oxunub: 30