dini radikalizm və ekstremizmlə mübarizə

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar

“Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi Qaydası” Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə tənzimlənir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, qaydalara əsasən, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

- dinləyib-anlama bacarığı;

- rabitəli danışma bacarığı;

- söz ehtiyatı;

- hərf və səsləri anlama və tələffüz etmə.

II-XI siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında (hər sinif üzrə tələblər sadədən mürəkkəbə doğru dəyişməklə) qiymətləndirilir:

- dinləyib-anlama bacarığı;

- oxu bacarığı;

- danışma bacarığı;

- yazı bacarığı.

Sektor müdiri yekun olaraq bildirib ki, yazı bacarığının yoxlanılması tədrisi digər dillərdə aparılan bölmələr üzrə 1-ci sinfə qəbul prosesinin müsahibə mərhələsində yox, 2-11-ci siniflər üzrə müsahibə zamanı yoxlama meyarıdır.

Linkə keçid edərək qaydalarla daha ətraflı tanış ola bilərsiniz.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR