Xəzər Universiteti Kimya və kimya mühəndisliyi departamentinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün 2026-cı il aprelin 27-də “Coca-Cola Azərbaycan” zavoduna ekskursiya təşkil edilib. Tələbələr zavodun əsas əməliyyat sahələri, o cümlədən keyfiyyətə nəzarət və qablaşdırma şöbələri ilə tanış olublar.
Ekskursiya zamanı “Coca-Cola Azərbaycan” şirkətinin mütəxəssisləri içki istehsalında istifadə olunan texnologiyalar və avadanlıqlar haqqında ətraflı məlumat veriblər. Onlar, həmçinin, zavodun gündəlik fəaliyyəti və iş prosesindən də danışıblar. Mütəxəssislər tələbələrin suallarını cavablandırıb və təhsilləri zamanı əldə etdikləri nəzəri biliklərin real sənaye və istehsal mühitində necə tətbiq oluna biləcəyini müzakirə ediblər.
Oxunub: 0